AZ

Üç ölkə MAQATE-yə birgə müraciət ünvanlayıb

AzVision.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov belə məlumat yayıb.

“Çin, İran və Rusiyanın daimi nümayəndələri MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşərək İranla bağlı məsələlərə dair birgə mesajlar çatdırdılar. Bütün mövcud problemlərin siyasi və diplomatik yolla həllinə ehtiyac olduğuna xüsusi diqqət yetirilib”,- rusiyalı dipolmat öz Telegram-kanalında yazıb.

Xatırladaq ki, son vaxtlar Vaşinqton-Tehran münasibətlərinin yenidən kəskinləşməsinin əsas səbəblərindən biri İranın nüvə proqramının İsraildə və ABŞ-də doğurduğu ciddi narahatlıqdır.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
7
1
azvision.az

2Mənbələr