Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti yığmadakı gələcəyi ilə bağlı danışıb.
Publika.az xəbər verir ki, italyan mütəxəssis müqaviləsinin uzadılacağı barədə yayılan informasiyaları təsdiqləyib:
“Düşünürəm ki, Braziliya millisi ilə müqaviləmi dörd il müddətinə uzadacağam”.
Onun yeni anlaşması 2030-cu il dünya çempionatının sonuna qədər qüvvədə olacaq. Bildirilir ki, hazırda Ançelotti Braziliya millisində ildə təxminən 10 milyon avro məvacib alır.