"Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq".
Bu barədə Redaktor.az-a ADSEA-dan məlumat verib.
Qeyd olunur ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.
"Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk", - qurumun məlumatında qeyd olunub.