EN

Problemi həll edirik, ya vətəndaşı sıxışdırırıq? - Deputatdan etiraz

Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin sərtləşdirilməsi və bal sisteminin tətbiqi cəmiyyətdə ciddi narazılıq yaradıb. Qaydalara qarşı deyiləm. Qayda olmalıdır, intizam olmalıdır. Amma sual budur: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, vətəndaşı sıxışdırırıq?
BUTA.TVGlobalinfo.az-a istinadən xəbər verir ki,bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, bir neçə ay ərzində 20 bal yığılıb sürücülük vəsiqəsi əlindən alınan minlərlə insan var: “Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil, regionlarda isə sürücülük bəzən ailənin dolanışığı deməkdir. İnsanlara alternativ və seçim imkanı yaratmadan cərimə ilə yükləmək ədalətli deyil. Əgər məqsəd təhlükəsizlikdirsə, o zaman yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik”. Deputat təklif edib ki, cərimə siyasəti paralel olaraq real infrastruktur islahatları ilə müşayiət olunsun:

“Əks halda, bu yanaşma yol təhlükəsizliyini artırmayacaq, sadəcə, tətbiq olunan cərimələr və inzibati cəzalar cəmiyyətdə narazılığı dərinləşdirəcək”.

Chosen
27
1
buta.tv

2Sources