ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 20 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp 122-ci maddə kimi tanınan federal qanuna əsasən 10 faizlik qlobal tarif tətbiq etməklə bağlı sərəncam imzalayacaq.
AZƏRTAC xəbər verir ki, qanunvericilik yolu ilə uzadılmasa, bu tariflər 150 gün qüvvədə qalacaq.
Dövlət başçısı keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, 232-ci və 301-ci maddə üzrə tariflər qüvvədə qalır və 122-ci maddəyə əsasən, artıq tətbiq olunan normal tariflərə əlavə 10 faiz qlobal tarif tətbiq edəcək.
Prezident həmçinin, Ticarət Departamenti vasitəsilə digər yollarla tariflərin tətbiqini araşdıracaqlarını söyləyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.