EN

“Milan”da ciddi itki

Strahinya Pavloviç sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Milan”ın mərkəz müdafiəçisi “Komo” ilə matçdan sonra topuq nahiyəsində narahatlıq hiss edir. O, rəqiblə toqquşma nəticəsində oyunu davam etdirə bilməyib və fasilədə əvəzlənib.

Pavloviç bir neçə matçı buraxmaq təhlükəsi ilə üzləşib. Müdafiəçi tibbi müayinədən keçdikdən sonra zədənin dərəcəsi dəqiq məlum olacaq.

Serbiyalı oyunçu cari mövsümdə bütün turnirlərdə 25 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Chosen
12
3
football-plus.az

4Sources