EN

Şimali Makedoniyada kütləvi güllələmə planlaşdıran şəxs saxlanıldı

Bakı. Trend:

Şimali Makedoniyada kütləvi güllələmə törətmək istəyən 20 yaşlıgənc saxlanılıb.

Trend xəbər verirki, bu barədə ölkə polisi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxsin 2012-ci ildə ABŞ-də məktəbdəbaş vermiş qırğına bənzər terror aktı törətmək planı olub.

Paytaxt Skopye yaxınlığında keçirilən əməliyyat zamanı iki nəfər– gənc və onun 89 yaşlı babası saxlanılıb. Axtarış zamanı onlarınyaşadığı evdən çoxlu sayda odlu və soyuq silah, elektron avadanlıqvə döyüş sursatı aşkar edilib.

Əməliyyat ABŞ kəşfiyyat orqanlarının ötürdüyü məlumat əsasındahəyata keçirilib.

Qeyd edək ki, 2012-ci ildə ABŞ-nin Konnektikut ştatında yerləşənSandy Hook Elementary Schoolda baş vermiş silahlı hücum nəticəsində26 şagird və müəllim həlak olub.

Chosen
18
az.trend.az

1Sources