EN

Misli Premyer Liqasında günün oyunlarının AFİŞASI

Bu gün Misli Premyer Liqasında XXI turun növbəti oyunu keçiriləcək.

BAKU.WS xəbər verir ki, turun tək qarşılaşmasında "Karvan-Yevlax" - "Araz-Naxçıvan" ilə üz-üzə gələcək.

Yevlax şəhər stadionunda baş tutacaq oyunun start fiti saat 14:30-da çalınacaq.

Qeyd edək ki, bu gün XXI turun "Neftçi" və "Qarabağ" komandaları arasında keçirilməli olan oyunu təxirə salınıb.

Misli Premyer Liqası

II dövrə, XXI tur

21 fevral

14:30, "Karvan-Yevlax" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.

VAR: Tural Qurbanov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu.

Chosen
20
far.az

1Sources