EN

Azərbaycanda qızıl və gümüş hasilatı azalıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda 207,8 kiloqram qızıl hasilolunub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına görə, əvvəlki ilin eyni dövrü iləmüqayisədə qızıl hasilatı 28,4 kiloqram və ya 12 faiz azalıb.2025-ci ilin yanvar ayında Azərbaycanda 236,2 kiloqram qızıl hasilolunmuşdu.

Cari ilin fevral ayının 1-ə olan vəziyyətə görə ölkədə hazırqızıl ehtiyatlarının həcmi 103,6 kiloqram təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar ayında ölkədə 329,8 kiloqramgümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni ayındakı göstəriciilə müqayisədə 46 kiloqram və ya 14,5 faiz azdır.

Cari ilin fevralın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüşehtiyatlarının həcmi 550,4 kiloqram təşkil edib.

Qeyd edək ki, hesabat ayında ölkədə mədənçıxarma sənayesindəistehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilinmüvafiq ayına nisbətən 2,4 faiz artıb.

Məqalədə:
Chosen
14
1
az.trend.az

2Sources