AZ

Azərbaycanda qızıl və gümüş hasilatı azalıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Azərbaycanda 207,8 kiloqram qızıl hasil olunub.

TurkicWorld bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl hasilatı 28,4 kiloqram və ya 12 faiz azalıb. 2025-ci ilin yanvar ayında Azərbaycanda 236,2 kiloqram qızıl hasil olunmuşdu.

Cari ilin fevral ayının 1-ə olan vəziyyətə görə ölkədə hazır qızıl ehtiyatlarının həcmi 103,6 kiloqram təşkil edib.

Eyni zamanda 2026-cı ilin yanvar ayında ölkədə 329,8 kiloqram gümüş hasil olunub ki, bu da əvvəlki ilin eyni ayındakı göstərici ilə müqayisədə 46 kiloqram və ya 14,5 faiz azdır.

Cari ilin fevralın 1-ə olan vəziyyətə görə ölkədə hazır gümüş ehtiyatlarının həcmi 550,4 kiloqram təşkil edib.

Qeyd edək ki, hesabat ayında ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 2,4 faiz artıb.

Seçilən
0
1
turkic.world

2Mənbələr