EN

Millinin sükanı Zidana tapşırılacaq

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Fransa millisində baş məşqçi vəzifəsi ilə bağlı yeni iddia irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, insayder Fabrizio Romanonun öz padkastında Zinəddin Zidan ilə Fransa Futbol Federasiyası arasında şifahi razılığın mövcud olduğuğu bildirib.

O, 2026-cı il Dünya çempionatından sonra millinin baş məşqçisi ola bilər.

Romano qeyd edib ki, indi bütün diqqət mundiala və komandanın hazırkı baş məşqçisi Didye Deşamın işinə yönəlib, federasiya ona maksimum hörmət göstərir. Turnirdən sonra isə Zidanın məşqçilik fəaliyyətini bərpa edərək milli komandaya rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2021-ci ilin iyununda “Real”dan (Madrid) ayrıldıqdan sonra heç bir komandada çalışmayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
2
cebheinfo.az

3Sources