Azərbaycan Premyer Liqasında 21-ci tur davam edir.
İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha bir matç keçiriləcək.
“Karvan-Yevlax” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Hazırda Yevlax klubu 6 xalla turnir cədvəlində sonuncu, Naxçıvan təmsilçisi isə 30 altıncı pillədə qərarlaşıb. Bu komandalar arasındakı ilk dövrənin matçında “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb.
21 fevral (şənbə)
14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu