EN

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı təsdiqlənib

Bakı. Trend:

“Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəliistifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Trend xəbərverir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncamimzalayıb

Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarındansəmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturuntəkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha dayaxşılaşdırılması məqsədilə qərara alınıb.

Sənədə əsasən, “Su ehtiyatlarından səmərəli istifadənin təminedilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamıilə yaradılmış Komissiya:

Naxçıvan Muxtar Respublikasında Azərbaycan RespublikasıPrezidentinin səlahiyyətli nümayəndəliyinin təklifləri əsasındaTədbirlər Planının 1-ci hissəsində nəzərdə tutulan tədbirlər üzrəicra ediləcək layihələrin siyahısını bir ay müddətində müəyyənetməlidir;

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərinəlaqələndirilməsi məsələlərini həll etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan MuxtarRespublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlinümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həlletməlidirlər.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Tədbirlər Planındanəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfəAzərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan MuxtarRespublikasının Nazirlər Kabineti Tədbirlər Planında nəzərdətutulmuş tədbirlərin cari ildə və növbəti illərdəmaliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlərgörməlidirlər.

Chosen
10
15
az.trend.az

10Sources