ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
UEFA “Qarabağ” klubunu şüara cəzalandırıb.
QOL.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən (3:2) oyunda şüarlara UEFA-nın İntizam Komitəsi tərəfindən qəbul olunub.
Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.
QOL.az-ın əldə etdiyi xəbərə görə isə cəzaya səbəb azarkeşlərin “UEFA - mafiya” şüarı səsləndirməsi olub.
Bundan əlavə, təşkilatın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.