EN

Qızılın saxta olub-olmadığını ev şəraitində belə bilmək olar

Son aylarda qızılın qiymətinin bahalaşması fonunda bazarda saxta məhsulların sayı artıb, alıcılar isə aldıqları zinət əşyasının və ya qram qızılın həqiqi olub-olmadığı ilə bağlı tərəddüd yaşayır. Ekspertlər bildirir ki, saxta qızılı ilkin mərhələdə müəyyən etməyin ən sadə yollarından biri onun çıxardığı səsdir.

Turkustan.az Demokrat.az-a istinadən xəbər verir ki, zərgərlərin uzun illərdir istifadə etdiyi üsula görə, həqiqi qızıl sərt səthə yüngül toxunduqda və ya metal əşyaya asta vurulduqda incə, təmiz və bir neçə saniyə davam edən cingilti yaradır. Aşağı əyarlı və ya saxta məhsullarda isə səs qısa, boğuq və kəsik-kəsik eşidilir. Bu fərq xüsusilə çeyrək, yarım və tam qızıl sikkələrdə daha aydın hiss olunur.

Bununla yanaşı, səs testi yekun nəticə sayılmır. Mütəxəssislər maqnit yoxlamasını da tövsiyə edirlər. Həqiqi qızıl maqnitə reaksiya vermir, əgər məmulat maqnitə yapışırsa, tərkibində başqa metalların olması ehtimalı artır. Qızılın çəkisi və üzərindəki əyar damğası da diqqət yetirilməli əsas detallardandır. Qızıl sıx metal olduğundan normadan yüngül məmulatlar şübhə doğurur.

Chosen
15
2
turkustan.az

3Sources