EN

Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür FOTOLAR

Avtosfer saytına istinadən ain.az xəbər verir.

2025-ci ildə Şəhidlər məscidindən aşağıda, doqquzmərtəbəli binanın qarşısında çox sayda qurumuş ağacın olduğu haqqında geniş xəbər yazmışdıq. O zaman bildirmişdik ki, quru ağacların bir qismi kəsilib götürülsə də, böyük hissəsi nəinki yerində qalıb, hətta sağlam ağac kimi qeydiyyata alınıb.

Bu mövzuda daha ətraflı aşağıdakı linkdə:

https://avtosfer.az/az/maraqli/qurumus-agaclarin-qeydiyyata-alinmasi-neye-xidmet-edir-foto-309121

Dekabr ayı ərzində bura yeni şam tingləri əkilsə də, yaşıllaşdırma bütün boş ərazini əhatə etmədi. Təxminən 20 gün əvvəl baş verən güclü külək və yağış isə yaşıllaşdırmaya cavabdeh qurumların yarımçıq işini bütün çılpaqlığı ilə ortaya qoydu. Ərazidəki quru şam və sərv ağaclarından bir neçəsi aşıb. Aşan sərvlərdən biri (ən böyüyü) piyada yolunun üzərinə düşüb. Ağac yolu bağlamasın deyə kimsə piyadalara mane olan budaqları kəsib. Quruyub aşan ağac digərlərinə də təhlükə yaradır.

İş burasındadır ki, ağacın aşmasından təxminən 20 gün keçsə də, hələ ki ərazidən götürülməyib. Quru ağacları həvəslə inventarlaşdıran qurumun aşmış ağacı 20 gündür “görməməsi”nin məntiqi başadüşülən deyil.

Vüqar

Oxunub 84

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
avtosfer.az

1Sources