EN

Orban Ukraynanı elektrik enerjisi tədarükünü dayandırmaqla hədələyib

Əgər Ukrayna “Drujba” neft boru kəməri ilə Rusiya neftinin tranzitini bərpa etməsə, Macarıstan elektrik enerjisi tədarükünü dayandıra bilər.

APA “Metropol” portalına istinadən xəbər verir ki, bu bəyanatı Macarıstanın Baş naziri Viktor Orban Bekeşçaba şəhərindəki mitinqdə etdiyi çıxışda verib.

Orban bildirib ki, Budapeştin hələ bir neçə aylıq neft ehtiyatı var, lakin buna baxmayaraq, tədarüklərin dayandırılması ilə bağlı Kiyevə qarşı cavab tədbirləri görüləcək.

“Bu çətindir. Əgər elektrik enerjisi tədarükünü dayandırsaq, xoşagəlməz hadisələr baş verə bilər. Hər halda, slovaklar bunu mümkün bir variant kimi qeyd ediblər. Buna görə də, biz hərəkətlərimizi slovaklarla koordinasiya edirik və əgər lazım gələrsə, bu addımı da atacağıq”, — Orban vurğulayıb.

Qeyd edək ki, bu gün Slovakiyanın Baş naziri Robert Fitso Kiyevin ölkəyə neft nəqlini bərpa etməyəcəyi təqdirdə fevralın 23-də Ukraynaya elektrik enerjisi tədarükünü dayandıracaqlarını bildirib.

"Cebheinfo.az"

Chosen
4
6
cebheinfo.az

8Sources