BAKI, 21 fevral. TELEQRAF
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində Belarusun müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, Belarusun paytaxtı Minsk şəhərində keçirilən görüşdə təmsilçimiz 1:0 hesablı qələbə qazanıb.
U-18 millisinin heyətində yeganə qolu 42-ci dəqiqədə Əli Bəşirov vurub.
Qeyd edək ki, B qrupunda yer alan milli komanda daha əvvəl keçirdiyi oyunlarda Rusiya yığmasına 1:7, Özbəkistan seçməsinə isə 1:3 hesabı ilə məğlub olub.