EN

Bratislavada zəlzələ baş verdi

Bratislava və ətraf ərazilərdə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadla Slovakiyanın "Dennik N" nəşri məlumat yayıb.

"Bratislava və ətraf bölgələrdə zəif zəlzələ hiss olunub", — deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, seysmoloji hadisənin maqnitudası 4,6 təşkil edib. Zəlzələnin episentri Şamorin yaxınlığında, təxminən 10 km dərinlikdə yerləşib.

Chosen
21
publika.az

1Sources