EN

Bu parkda 20-yə yaxın ağacın aşma təhlükəsi varVİDEO

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən parkda 20-yə yaxın ağacın aşma təhlükəsi var.

Qəsəbənin sakinləri yaranmış vəziyyətlə bağlı "Xəzər Xəbər"ə müraciət ediblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildiriblər ki, ağaclar hər keçən gün daha da əyilir, xüsusilə küləkli hava şəraitində təhlükə artır.

Onların dediklərinə görə, problem artıq uzun müddətdir mövcuddur və aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, hələ də tədbir görülməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, qurumuş, qəzalı və ya xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaşlar müvafiq torpaq mülkiyyətçisinə, mərkəzi və ya yerli icra hakimiyyəti orqanına, yaxud bələdiyyəyə müraciət etməlidirlər. Ağacların götürülməsinə müsbət rəy verildiyi halda hər bir kəsilən ağacın əvəzinə yerli iqlimə uyğun yeni ting əkilməsi məcburi şərt kimi qoyulur.

Abşeron Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, təhlükəli ağaclarla bağlı rəsmi prosedurun icrası üçün icra nümayəndəliyi tərəfindən ağacların sayı və növü dəqiqləşdirilərək müraciət olunmalıdır. Hazırda bu istiqamətdə rəsmi müraciət daxil olmayıb.

Sakinlər isə hər hansı bir xoşagəlməz hadisə baş verməmiş aşma təhlükəsi olan ağaclarla bağlı operativ tədbirlərin görülməsini gözləyirlər.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
23
xezerxeber.az

1Sources