EN

Neftçi ikitərəfli oyun keçirdi Abubakar dubl etdi

ain.az, Sportal.az portalına istinadən məlumat yayır.

“Neftçi” növbəti matça hazırlığını davam etdirir.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin məşqləri “Palms Sports” Futbol Mərkəzində təşkil olunur. Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan komandanın üzvləri bu gün ikitərəfli oyun keçiriblər.

“Ağlar” və “qaralar”ın mübarizəsində qarşılaşma 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.

Qeyd edək ki, “Qarabağ”la oyunu təxirə salınan “ağ-qaralar” Misli Premyer Liqasında növbəti görüşünü fevralın 28-də “Şamaxı”ya qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:30-da start götürəcək.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
4
sportal.az

7Sources