EN

Almaniya Bundesliqası: Turun mərkəzi oyununda qollu bərabərlik

Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 oyun baş tutub.

“Leypsiq” – “Borussiya” (Dortmund) və “Köln” – “Hoffenhaym” matçlarında qalib müəyyənləşməyib. Lider “Bayern” evdə “Ayntraxt”a, “Union Berlin” də “Bayer”ə qalib gəlib. “Volfsburq” isə “Auqsburq”a məğlub olub.

Almaniya Bundesliqası
23-cü tur

20 fevral

Maynts – Hamburq 1:1
Qollar: Amiri, 42 – Vyeyra, 64.

21 fevral

Bayern – Ayntraxt 3:2
Qollar: Pavloviç, 16. Keyn, 20; 68 – Burkardt, 77-pen. 

Köln – Hoffenhaym 2:2
Qollar: Açe, 15. El-Mala, 63 – O.Kabak, 45. Kramariç, 60.

Union Berlin – Bayer 1:0
Qol: Xedira, 28. 

Volfsburq – Auqsburq 2:3
Qollar: Gerhardt, 41. Şioqal, 71 – Ribeyro, 59. Qreqoriç, 87-pen. Rexbeçay, 90+3.

Leypsiq – Borussiya (Dortmund) 2:2
Qollar: Baumqartner, 20; 39 – R.Kardozo, 50-öz qapısına. F.Silva, 90+5.

22 fevral

18:30. Frayburq – Borussiya (Mönhenqladbax)
20:30. Sankt Pauli – Verder
22:30. Haydenhaym – Ştutqart

 

Chosen
8
fanat.az

1Sources