EN

Nigeriyada silahlı şəxslərin həyata keçirdiyi hücum zamanı 38 nəfər həyatını itirdi

Bakı. Trend:

Silahlıların Nigeriyanın şimal-qərbindəki Zamfara ştatındayerləşən bir kəndə basqını nəticəsində 38 nəfər öldürülüb.

Trend yerlimediaya istinadla xəbər verir ki, bu barədə şənbə günü polis vəyerli rəsmilər məlumat veriblər.

Zamfara və digər ştatlarda pul müqabilində adam oğurluğu hallarıartıb. Silahlı dəstələr və ekstremist qruplaşmalar kəndlərə hücumedir, sakinləri qətlə yetirir, evləri talan etdikdən sonrayandırırlar.

Qeyd olunur ki, silahlı quldur dəstələri yaxınlıqdakı meşələrdəgizlənirlər.

Nigeriyada ekstremist qrupların hücumları nəticəsində 2009-cuildən bəri 40 mindən çox insan həlak olub və iki milyondan çoxinsan məcburi köçkün vəziyyətinə düşüb.

Chosen
33
4
az.trend.az

5Sources