EN

Tramp "Netflix"i Direktorlar Şurasının üzvü Syuzan Raysı işdən çıxarmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp "Netflix" yayım şirkətini Direktorlar Şurasının üzvü və ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Raysı işdən çıxarmağa çağırıb.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

ABŞ liderinin sözlərinə görə, Rays öz vəzifəsində qalsa, şirkət fəsadlarla üzləşə bilər.

"Netflix" irqçi, Tramp əleyhinə olan Syuzan Raysı dərhal işdən çıxarmalıdır, yoxsa onlar fəsadlarla üzləşəcəklər", - Tramp yazıb. ABŞ lideri əlavə edib ki, onun heç bir istedadı və ya bacarığı yoxdur.

"Onun gücü yoxa çıxıb və heç vaxt geri qayıtmayacaq. Ona nə qədər pul ödənilib və nə üçün", - ABŞ Prezidenti qeyd edib.

Bundan əlavə, Tramp statusuna sağçı fəal Laura Lumerin "X" sosial şəbəkəsindəki paylaşımının skrinşotunu da əlavə edib. Orada iddia olunur ki, Rays hazırkı Respublikaçılar administrasiyasını dəstəkləyən böyük biznes nümayəndələrini təhdid edib.

Lumerin sözlərinə görə, "Netflix"in Direktorlar Şurasının üzvü bildirib ki, Demokratlar Partiyası bu ilin noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərdə və 2028-ci il prezident seçkilərində qalib gələrsə, böyük Amerika şirkətlərini siyasi qərarlarına görə məsuliyyətə cəlb edə bilər.

Chosen
36
far.az

1Sources