Misli Premyer Liqasının lideri "Sabah" bu gün "Kəpəz"i qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" sonuncu dəfə noyabrın 23-də xal itirib.
Valdas Dambruaskasın komandası ardıcıl 9 oyundur qələbə qazanır.
Çempionata pis başlayan "Kəpəz" isə Azər Bağırovun gəlişindən sonra vəziyyətini düzəldə bilib. Amma onlara hələ də xal və ya xallar lazımdır.
Qeyd edək ki, bu qarşılaşma ilə 21-ci tura yekun vurulacaq.
MPL, 21-ci tur
22 fevral (bazar)
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”