Azərbaycan Premyer Liqasının XXI turunda daha iki oyun bu gün keçiriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq “Şamaxı” “İmişli”nin qonağı olacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı matç saat 14:30-da start götürəcək. Meydan sahibləri 19 xalla 9-cu, “Şamaxı” 24 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci görüşündə “Sabah” “Kəpəz”i qəbul edəcək. “Bank Respublika Arena”kı oyun saat 17:00-da start götürəcək. Bakı klubu 49 xalla vahid liderdir. Gəncə təmsilçisi 13 xalla 11-ci sıradadır.
Premyer Liqa
XXI tur
22 fevral
14:30. “İmişli” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”
Qeyd edək ki, XXI turun əvvəlki matçlarında “Turan Tovuz” “Zirə”ni, “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı (hər ikisi 2:0) məğlub edib. “Sumqayıt” – “Qəbələ” qarşılaşması qolsuz başa çatıb. Turun “Neftçi” – “Qarabağ” oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.