EN

Orban Kayanın layihəsini Napoleon və Hitler dövrünün planları ilə müqayisə etdi - VİDEO

Macarıstanın baş naziri Viktor Orbán Aİ-nin Rusiyaya qarşı irəli sürdüyü tələblərlə bağlı sənəd layihəsini Napoleon və Hitler dövrünün planları ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Onun sözlərinə görə, layihə müəlliflərinin “yeganə ümidləri Ukrayna ərazisində Rusiyanı məğlub etməkdir”.

Orban bildirib ki, bundan sonra “məğlub edilmiş Rusiyadan reparasiya tələb etməklə bütün xərclərini kompensasiya etməyi” planlaşdırırlar.
 

“Bunu şərh etmək çətindir. Sadəcə xatırlatmaq istərdim ki, Napoleon və Hitler artıq buna cəhd ediblər. Alınmadı. İndi isə, görünür, Kaya Kallas cəhd etmək qərarına gəlib”, – deyə Macarıstanın baş naziri vurğulayıb.


P.S. Qeyd edək ki, Kaya Kallas bu yaxınlarda Aİ-nin Rusiyaya qarşı tələblərini əks etdirən sənəd layihəsini təqdim edib. Sənəddə Rusiyadan Ukrayna və Belarus ərazilərindən qoşunlarını çıxarmaq, eləcə də Ukraynaya və Avropa İttifaqına reparasiya ödəmək tələbi yer alır.


Bizim.Media

Chosen
17
1
bizim.media

2Sources