EN

Avropa İttifaqı Ermənistana 202,5 milyon avroluq yardım ayırır

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) nümayəndələri Ermənistanla əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımları müzakirə etmək üçün ölkəyə işgüzar səfər ediblər.

Yeniavaz.com “The Brussels Times”ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Avropa Komissiyasının üzvü Marta Kos tərəfindən 19–20 mart tarixlərinə planlaşdırılan səfər və ilk Aİ–Ermənistan sammiti ərəfəsində yeni strateji gündəmin hazırlanmasında əldə olunan irəliləyişi qiymətləndirmək olub.

Aİ Ermənistan üçün 202,5 milyon avro məbləğində yardım paketinin ayrıldığını təsdiqləyib. Bildirilib ki, bu vəsait ölkədə əsasən nəqliyyat, enerji və rəqəmsal sahələrdə regional əlaqələrin gücləndirilməsinə yönəldiləcək.

Avropa Komissiyasının açıqlamasına əsasən, danışıqlar zamanı Ermənistanın “Sülhün Kəsişməsi” təşəbbüsünə dəstək ifadə olunub və Aİ-nin regionlararası əlaqələrin inkişafına yönəlmiş proqramları ilə uyğunluq vurğulanıb.

Bununla yanaşı, tərəflər prioritet layihələr üzrə əməkdaşlıq imkanlarını, xüsusilə ticarət və mobillik sahələrində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Qeyd edək ki, Marta Kos hələ 2025-ci ilin sentyabr ayında Ermənistana səfəri zamanı bu məbləğin ayrılacağını açıqlamışdı.

Yeni strateji gündəm Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) əsasında formalaşdırılır və tərəflər arasında əməkdaşlığın əsas çərçivəsini müəyyən edir.

Aİ rəsmiləri həmçinin Ermənistanın “demokratik dayanıqlılığına”, o cümlədən qarşıdan gələn seçki proseslərinin şəffaf və etibarlı keçirilməsinə dəstəyini bir daha təsdiqləyiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
yeniavaz.com

2Sources