EN

Mahir Emreli oynadı, komandası qalib gəldi

style='margin-bottom:10px;'>

Uzun müddətdir zədəli olan "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün yaşıl meydanalara geri dönüb.

QOL.az xəbər verir ki, futbolçu 2-ci bundesliqanın 23-cü turu çərçivəsində "Proyssen Munster"lə baş tutan səfər matçında 88-ci dəqiqədə meydana daxil olub. O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib.

Matç Emrelinin komandasının  3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.

Chosen
20
8
teleqraf.com

10Sources