Uzun müddətdir zədəli olan “Kayzerslautern” də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün yaşıl meydanalara qayıdıb.
Publika.az xəbər verir ki, futbolçu 2-ci bundesliqanın 23-cü turu çərçivəsində “Proyssen Munster”lə baş tutan səfər matçında 88-ci dəqiqədə meydana daxil olub.
O, komanda yoldaşı Naatan Skittanı əvəzləyib. Matç Emrelinin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.