EN

Malayziyada güclü zəlzələ oldu

Malayziya sahillərində 7,1 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Kota Kinabaludan təxminən 97 km şimalda olub. Episentr 620 km dərinlikdə yerləşib. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Chosen
15
10
unikal.az

10Sources