EN

Sumqayıt Tibb Mərkəzi 420 min manat xərcləyəcək

Sumqayıt Tibb Mərkəzi tərəfindən iki istiqamət üzrə satınalma proseduru elan edilib.

Yenilik.az xəbər verir ki,   tibb müəssisəsinin balansında olan liftlərin cari və əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu xidmət üzrə ehtimal olunan qiymət 13.186,50 AZN təşkil edir.
Bundan əlavə, mərkəz müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınmasını da planlaşdırır. Sözügedən xidmət üzrə ehtimal olunan qiymət isə 405.922,50 AZN-dir.
Qeyd edək ki, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanovdur.
32gun.az
Chosen
49
yenilik.az

1Sources