EN

Litva Prezidenti əməliyyat olundu

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Litva Prezidenti əməliyyat olunub.

BakuPost xəbər verir ki, Litva Prezidenti Gitanas Nausėda məişət xəsarəti alaraq xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Məlumata görə, dövlət başçısı evdə olarkən xəsarət alıb. Bildirilib ki, onun sol biləyi zədələnib. Hadisə yerində prezidentə ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən əməliyyat həyata keçirilsə də, cərrahi müdaxilənin xarakteri açıqlanmayıb. Prezidentin gecəni xəstəxanada keçirəcəyi bildirilib.

Dövlət başçısının vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
www.bakupost.az

1Sources