EN

Zelenski: “Putin  Üçüncü Dünya Müharibəsini başladıb”

“Vladimir Putin  Üçüncü Dünya Müharibəsini başladıb və onu dayandırmaq lazımdır”.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski  BBC-yə müsahibədə bildirib. O qeyd edib: 

“Rusiya dünyaya fərqli bir həyat tərzi tətbiq etmək və insanların özləri üçün seçdikləri həyatı dəyişdirmək istəyir”.

Ukrayna prezidenti xəbərdarlıq edib ki, Donbasın təhvil verilməsi, Moskvanın istənilən potensial sülh üçün qoyduğu şərt  hələ də Kiyev üçün müzakirə mövzusu deyil: “Mən məsələlərə fərqli baxıram. Bunu sadəcə ərazi məsələsi kimi görmürəm. Mən bunu tərk edilmə - mövqeyimizin zəifləməsi, orada yaşayan yüz minlərlə həmvətənimizin tərk edilməsi kimi görürəm. Mən bunu belə görürəm. Və əminəm ki, bu geri çəkilmə cəmiyyətimizi parçalayacaq”.

Ukrayna prezidenti bu müharibədə qalib gəlmək əzmində olduqlarını söyləyib:

"Qələbə ukraynalılar üçün normal həyata qayıtmaq və qırğınlara son qoymaq demək olardı. Lakin bu gün Putini dayandırmaq və onun Ukraynanı işğal etməsinin qarşısını almaq bütün dünya üçün qələbə olardı. Çünki Putin Ukraynada dayanmayacaq, o, qorxur”.

Aydın Baxış

Chosen
13
1
bakivaxti.az

2Sources