EN

Günəşin ləkələri yoxa çıxıb

Günəşin Yerə tərəf yönəlmiş hissəsində heç bir ləkə müşahidə olunmur.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Günəş astronomiyası laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

Alimlərin sözlərinə görə, Günəşi sonuncu dəfə tamamilə ləkəsiz vəziyyətdə 11 dekabr 2021-ci ildə müşahidə etmək mümkün olmuşdu.

Mütəxəssislər qeyd edirlər ki, ləkələrin tam yoxa çıxması yalnız son dərəcə aşağı aktivlik dövründə, adətən Günəş minimumu illərində baş verir.

Günəş ləkələri onun səthinin demək olar ki, ayrılmaz hissəsidir və maqnit sahəsi ilə bağlıdır. Səthin tünd sahələri maqnit axınının ən yüksək konsentrasiyada olduğu yerlərdə yaranır.

Chosen
15
1
azedu.az

2Sources