Goranboyda azyaşlı ölüb.
APA-nın yerli bürosunun məlumatına görə fevralın 20-si Goranboy rayonun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N. Mirzəyevə kəndinin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.
Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb.Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.