EN

Salahdan anti-rekord: "Qol orucu"nu nə vaxt pozacaq?

“Liverpul”un vingeri Məhəmməd Salah İngiltərə Premyer Liqasında ardıcıl 9 matçdır qol vura bilmir.

Publika.az xəbər verir ki, misirli futbolçu sonuncu dəfə Premyer Liqada noyabrın 1-də “Aston Villa”ya qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan görüşdə fərqlənmişdi. Bu, Salahın “Liverpul”da çıxış etdiyi dövrdə İngiltərə çempionatında ən uzun qolsuz seriyası olub.

Xatırladaq ki, “Liverpul” dünən Premyer Liqanın səfər matçında “Nottingem Forest” ilə qarşılaşıb və oyunun son saniyələrində çətin qələbə qazanıb. Salah bu görüşə start heyətində başlasa da, fərqlənə bilməyib.

Cari mövsümdə 32 yaşlı futbolçu bütün turnirlərdə 27 matçda iştirak edib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Chosen
19
publika.az

1Sources