EN

İsrail Şərqi Qüdsdə bir neçə Fələstin telekanalının fəaliyyətini QADAĞAN ETDİ

İsrail müdafiə naziri Şərqi Qüdsdəki Fələstin KİV-lərinin bağlanması barədə göstəriş verib.

İnterpress.az xəbər verir ki, bu barədə Fələstin KİV-ləri məlumat yayıb.

İsrailin müdafiə naziri Şərqi Qüdsdə və Əl-Əqsa məscidində baş verən hadisələri işıqlandıran bir neçə Fələstin media qurumunun fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

Bağlanması tələb olunan kütləvi informasiya vasitələri arasında “Al-Asma”, “Quds Press”, “Al-Buzala” və “Maragh” kimi kanallar yer alır.

İsrail rəsmiləri bu təşkilatları uzun illər boyu İsrailə qarşı düşmənçilik və nifrət çağırışları yaymaqda ittiham edirlər.

Qeyd olunur ki, həmin qurumların jurnalist və fotoqrafları bilavasitə Şərqi Qüdsdən fəaliyyət göstərərək bu həssas zonadan mütəmadi olaraq operativ və eksklüziv materiallar yayımlayırdılar.

Artıq “Al-Asma” media qurumu İsrailin qərarı ilə əlaqədar yayımını dayandırdığı barədə öz izləyicilərinə məlumat verib.

Siyahıda olan digər media orqanları isə hələlik fəaliyyətlərini davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
3
interpress.az

1Sources