EN

“Sabah”ın futbolçusu Premyer Liqada 100-cü oyununu keçirib

“Sabah”ın futbolçusu Coy-Lens Mikels Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Almaniyalı hücumçunun yubileyi 21-ci tura təsadüf edib.

O, “Kəpəz”lə ev qarşılaşmasında (1:0) meydana sonradan çıxıb. Azərbaycanda yalnız bir klubda - “Sabah”da forma geyinən 32 yaşlı forvard 100 oyunda 47 qol vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Coy-Lens Mikels çempionatın tarixində ən azı 100 oyun keçirən legioner statuslu futbolçular arasında ən yüksək orta məhsuldarlığa malikdir. Ümumilikdə isə Coy-Lens Mikels minimum 100 matça çıxanların siyahısında orta göstəricidə yeddinci nəticəyə malikdir.

Premyer Liqada 2021-ci ildə debüt edən Coy-Lens Mikels ölkəmizdə yalnız “Sabah”ın formasını geyinib. O, 2021-2023-cü illərdə şərəfini qoruduğu kluba 2024-cü ildə qayıdıb.

Qeyd edək ki, Coy-Lens Mikels turnirin tarixində 100 və daha çox oyun keçirən 452-ci futbolçu olub. O, eyni klubda buna nail olan 210-cu oyunçudur.

İdman.Biz
Chosen
2
13
idman.biz

10Sources