EN

Qazaxıstanın “Krımın qırx batırı” eposu UNESCO-nun siyahısına daxil edilə bilər

Astana, 23 fevral, AZƏRTAC

“Krımın qırx batırı” epik silsiləsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi planlaşdırılır.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov parlament sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, son on ildə Qazaxıstan xalqının qeyri-maddi mədəni irsi ilə bağlı 14 element artıq UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib.

“Bu il “Salburın” tazısı və qızıl qartal ovçuları Festivalının milli namizədlik sənədi baxılmaq üçün UNESCO-ya təqdim edilib və onun Siyahıya daxil edilməsi gözlənilir. UNESCO-nun mövcud qaydalarına əsasən, ölkələr Reprezentativ Siyahıya iki ildə bir dəfədən çox olmayaraq milli namizədliklər təqdim edə bilərlər. Buna görə də “Krımın qırx batırı” epik poemasının Reprezentativ Siyahıya daxil edilməsi məsələsinə əlavə baxılacaq”, - deyə Bektenov qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, Jarkent məscidi, Yüksəliş kafedralı və Karatau silsiləsinin petroqliflərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi planlaşdırılır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
13
1
azertag.az

2Sources