EN

Oyuna çıxmayan Florian Virtsin son vəziyyəti nə yerdədir? - Slot açıqladı

İngiltərə Premyer Liqasının 27-ci turunda "Nottingem Forest"i səfərdə məğlub edən "Liverpul"un baş məşqçisi Arne Slot bu qarşılaşmada iştirak etməyən alman yarımmüdafiəçi Florian Virtsin son vəziyyətinə aydınlıq gətirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Virts isinmə hərəkətləri zamanı çiynində ağrı hiss etdi. Oyuna tam hazır deyildi. Artıq bu liqada keçirdiyi altı-yeddi aydan sonra özü də başa düşür ki, topla rəftar səviyyəsi nə qədər yüksək olsa da, hər oyuna 100 faiz hazır olmaq mütləqdir. Ümid edirik ki, gələn həftə komandaya qoşulacaq. Hərçənd futbolda hadisələrin necə cərəyan edəcəyini öncədən demək çətindir".

Nihat

Chosen
5
1
fanat.az

2Sources