EN

Yol polisi Sabunçuda şagirdlərə qadagan olunan qaydaları açıqladı FOTOLAR

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin və Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən 74, 252, 96 və 80 saylı tam orta məktəblərdə təhsil alan şagirdlər arasında təbliğat xarakterli görüşlər keçirib. Avtosfer.az xəbər verir ki, görüşlərdə hər yaş qrupuna aid uşaq və yeniyetmələrlə yol hərəkətinin təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparılıb. DYP əməkdaşları 12 yaşı tamam olmayan uşaqların qabaq oturacaqda oturmasının qadağan edilməsinin səbəbini əyani şəkildə göstəriblər. Eyni zamanda, 14 yaşı tamam olmayan uşaqlara yollarda  velosipedlərdən istifadə etməmələri tövsiyə olunub, 16 yaşa çatmayan uşaqlara moped və skuterlərdən istifadənin təhlukəsi barədə ətraflı məlumatlar verilib. Yol polisləri uşaqlara qaydalara ciddi yanaşmağı barədə tövsiyə edib, daha sonra isə uşaqların sualları cavablandırılıb, rəy və təklifləri nəzərə alınıb.

Tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
avtosfer.az

1Sources