EN

Xəzər rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Bakı, 23 fevral, AZƏRTAC

Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Chosen
5
7
azertag.az

10Sources