ain.az, Sia Az portalına istinadən məlumat yayır.
Fevralın 21-də paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilkin araşdırmalar nəticəsində İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.