Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Misli Premyer Liqasında 21 tur geridə qalıb. Keçirilən 124 oyunda ("Qəbələ" - "Turan Tovuz" və "Neftçi" - "Qarabağ" görüşləri təxirə salınıb) 15 hakim iş başında olub.
Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Fərid Hacıyev, İnqilab Məmmədov, Rəvan Həmzəzadə və Rəşad Əhmədov oyun idarə edib.
Həm Əliyarın, həm də Fəridin bu turda baş hakim kimi təyinat alması hər iki ədalət təmsilçisinin digər həmkarlarından önə çıxmasına, həmçinin "ikihakimiyyətliy"ə rəvac verib. Hesablarında 11 oyun olan Rauf Cabarov və Cavid Cəlilov isə liderlərin ən yaxın izləyiciləridir.
21-ci turda bir futbolçuya qırmızı vərəqə göstərilib. Əliyar Ağayev "Sabah"ın oyunçusu Şakir Seyidovu meydandan qovub. Beləliklə, hakimlər cari turda 1-i "qırmızı" olmaqla, cəmi 17 vərəqədən istifadə ediblər.
Hakimlər 17 vərəqədən 7-ni (1-i qırmızı) meydan sahiblərinə, 10-nu isə qonaq komandanın oyunçularına göstəriblər. Mövsümün geridə qalan hissəsi ərzində müvafiq göstərici belədir: 238 sarı (12 qırmızı) - 255 sarı (5 qırmızı).
Beləliklə, 21 turun yekununda sarı vərəqə sayı 493-ə çatıb. Mövsümün geridə qalan hissəsi ərzində 17 "qırmızı" göstərilib. Nəticədə ümumi vərəqə sayı beş yüzü ötərək 510-a bərabər olub. Bu da orta hesabla hər turda 24,3, hər oyunda 4,1 vərəqə deməkdir.
İyirmi bir tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 68 vərəqədən istifadə edib ki, bunun 6-nın rəngi qırmızı olub. Onu 3-ü qırmızı olmaqla, 46 vərəqədən yararlanan Kamal Umudlu təqib edir.
Əliyar Ağayev - 12 oyun
meydan sahibi 30 sarı 5 qırmızı
qonaqlar 32 1
cəmi: 62 6
Fərid Hacıyev - 12 oyun
meydan sahibi 25 1
qonaqlar 13 0
cəmi: 38 1
Cavid Cəlilov - 11 oyun
meydan sahibi 17 1
qonaqlar 22 1
cəmi: 39 2
Rauf Cabarov - 11 oyun
meydan sahibi 18 0
qonaqlar 21 1
cəmi: 39 1
Kamal Umudlu - 10 oyun
meydan sahibi 22 3
qonaqlar 21 0
cəmi: 43 3
Tural Qurbanov - 10 oyun
meydan sahibi 22 1
qonaqlar 21 0
cəmi: 43 1
Elçin Məsiyev - 10 oyun
meydan sahibi 22 0
qonaqlar 21 1
cəmi: 43 1
Rəşad Əhmədov - 9 oyun
meydan sahibi 15 0
qonaqlar 26 0
cəmi: 41 0
Rəvan Həmzəzadə - 9 oyun
meydan sahibi 18 0
qonaqlar 19 1
cəmi: 37 1
İnqilab Məmmədov - 9 oyun
meydan sahibi 16 0
qonaqlar 21 0
cəmi: 37 0
Kamranbəy Rəhimov - 8 oyun
meydan sahibi 9 0
qonaqlar 16 0
cəmi: 25 0
Əli Əliyev - 6 oyun
meydan sahibi 10 1
qonaqlar 11 0
cəmi: 21 1
Elvin Bayramov - 3 oyun
meydan sahibi 9 0
qonaqlar 4 0
cəmi: 13 0
Nicat İsmayıllı - 2 oyun
meydan sahibi 4 0
qonaqlar 6 0
cəmi: 10 0
Vüqar Həsənli - 2 oyun
meydan sahibi 1 0
qonaqlar 1 0
cəmi: 2 0
Mirağa
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.