Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
ABŞ Prezidenti Donald Trn Mar-a-Laqo iqamətgahına silahlı şəkildə daxil olmağa cəhd edən şəxsin kimliyi açıqlanıb.
Rəsmi məlumatlara görə, hadisə zamanı vurularaq zərərsizləşdirilən şəxs 21 yaşlı Austin Tuker Martin olub. Onun Şimali Karolinanın Kemeron şəhərindən olduğu bildirilir.
Məlumata əsasən, Martin bazar günü səhər tezdən Trampın tez-tez qaldığı istirahət kompleksinə yaxınlaşmağa çalışıb. Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, saat 06:30 radələrində iki Gizli Xidmət əməkdaşı və bir şerif müavini mülkün şimal qapısına yollanıb.
Palm Biç rəsmisi Rik Bredşou bildirib ki, şübhəli şəxsə əlindəki iki əşyanı yerə qoymaq əmri verilib. O, benzin qabını yerə qoysa da, ov tüfəngini atəşə tutmağa cəhd edib. Bundan sonra Gizli Xidmət əməkdaşları silahdan istifadə edərək onu zərərsizləşdiriblər. Martin hadisə yerində ölüb.
Rəsmilər insident zamanı heç bir hüquq-mühafizə əməkdaşının xəsarət almadığını açıqlayıb.
Hadisə baş verən zaman Donald Trampın Vaşinqtondakı Ağ Ev iqamətgahında olduğu bildirilib.
"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.