Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun altı müavininindən ikisinin vəzifəsindən azad edilməsi təsdiqlənib.“Qafqazinfo” xəbər verir ki, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin adı nazirliyin rəsmi saytının rəhbərlik bölümündən çıxarılıb.Bundan əvvəl üçüncü müavin general-letyenant Faiq Tağızadənin də işdən çıxarıldığı bildirilsə də, həmin məlumat təsdiqlənməyib. General Tağızadə hazırda nazir müavini vəzifəsində qalır.Qeyd edək ki, Etibar Mirzəyev saytımıza yaş həddi ilə bağlı təqaüdə çıxdığını açıqlamışdı.


