EN

Qurban Qurbanov müdafiəçinin heyətdən kənarlaşdırılmasının səbəbini açıqladı

BAKI, 23 fevral. TELEQRAF

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Sami Mmaenin əvəzedici komandaya göndərilməsinin səbəbini açıqlayıb.

Teleqraf xəbər verir ki, 53 yaşlı mütəxəssis bu barədə "Nyukasl"la (İngiltərə) UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə keçirilən mətbuat konfransında danışıb.

“Mmaenin əvəzedici heyətə göndərilməsinin səbəbi idman prinsiplərini pozmasıdır. Bəzi şeyləri çox da açıqlamağa ehtiyac yoxdur", - deyə Qurbanov vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Sami Mmaeni 2025-ci ilin yayında Xorvatiyanın "Dinamo Zaqreb" klubundan bir illik müddətinə icarəyə götürüb.

Chosen
4
1
teleqraf.com

2Sources