Ukrayna Prezidenti Volodimir Zelenski Donbas ərazilərindən imtina edərək onların Rusiyaya verilməsinin ölkə daxilində ciddi parçalanma yaradacağını bəyan edib.
BAKU.WS xəbər verir ki, o, bu fikirləri BBC-yə müsahibəsində səsləndirib.
"Bunu mən dəstəkdən imtina kimi qəbul edirəm - mövqelərimizin zəiflədilməsi, orada yaşayan yüz minlərlə vətəndaşımıza dəstəkdən imtina kimi. Mən bunu belə görürəm. Əminəm ki, belə bir addım cəmiyyətimizi parçalayacaq", - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, belə bir ssenari yalnız döyüş əməliyyatlarının müvəqqəti dayanmasına gətirib çıxara bilər, lakin problemin köklü həllini təmin etməz.