EN

İslandiyanın Aİ-yə üzvlük prosesini sürətləndirməyə dair planları üzə çıxıb

İslandiya rəsmiləri artan geosiyasi gərginlik fonunda ölkənin Avropa İttifaqı-na (Aİ) üzvlük prosesinin planlaşdırılandan daha tez bərpa olunmasını nəzərdən keçirirlər.

Editor.az-ın Politico-ya istinadən verdiyi xəbərə görə, hakim partiya ilkin mərhələdə prosesi 2027-ci ildə yenidən başlatmağı planlaşdırırdı. Lakin Donald Trump-ın Qrenlandiyaya dair mövqeyi və gömrük rüsumlarının tətbiqi ilə bağlı addımlarından sonra məsələ ilə bağlı referendumun bu ilin avqust ayınadək keçirilməsi gündəmə gəlib.

Mənbə ölkədə artan narahatlığın səbəbinə toxunaraq bildirib: “Düşünürəm ki, Trampın Dünya İqtisadi Forumu-nun Davos toplantısındakı çıxışında İslandiyanın adını dörd dəfə çəkməsi diqqətimi xüsusilə cəlb etdi”.

Qəzetin yazdığına görə, İslandiya parlamenti yaxın həftələrdə səsvermənin tarixini açıqlayacaq. Təşəbbüs təsdiqlənəcəyi təqdirdə, ölkə artıq Şengen zonasının və Avropa İqtisadi Məkanının üzvü olduğuna görə digər namizəd dövlətlərlə müqayisədə Aİ-yə daha sürətlə qoşula bilər.

Bununla belə, Aİ-yə tamhüquqlu üzvlük üçün ilkin referendumun nəticələrindən asılı olaraq daha bir ümumxalq səsverməsinin keçirilməsi tələb oluna bilər.

//Gülnarə Abasova, Editor.az

Chosen
11
editor.az

1Sources